"Tayvan rəhbərinin ABŞ-a səfəri Vaşinqtonun növbəti təxribatıdır"

 19:40 30.03.2023     396

Rusiya Tayvan administrasiyasının rəhbəri Tsay İnq Venin ABŞ-a səfərini Vaşinqtonun Çini cilovlamaq siyasəti ruhunda növbəti təxribatı kimi qiymətləndirir.

Redaktor.az Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Biz doğrudan da gördük ki, martın sonu - aprelin əvvəlində Tayvan administrasiyasının rəhbərinin Mərkəzi Amerikaya səfəri zamanı ABŞ-dan  keçməsi və yüksək səviyyəli amerikalı siyasətçilərlə görüşlərin təşkili planlaşdırılırdı. Biz bunu ABŞ-ın Çin-ABŞ birgə kommünikeləri üzrə Vaşinqtonun öhdəliklərinə zidd olan və "vahid Çin” prinsipini kobud şəkildə pozan Çinin hərtərəfli məhdudlaşdırılması istiqamətində ABŞ xəttinin ruhunda növbəti təxribat kimi qiymətləndiririk",- mətbuat katibi qeyd edib.

Onun sözlərinə görə, bu da Moskva üçün yalnız bir Çinin olmasından, ÇXR hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olmasından və Tayvanın Çinin tərkib hissəsi olmasından irəli gəlir.

"Müvafiq olaraq, biz hesab edirik ki, Tayvan boğazı tərəfləri arasında münasibətlər sırf Çinin daxili işidir. Çin tərəfinin Tayvan məsələsində öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün zəruri tədbirlər görmək hüququ var", - diplomat davam edib.

Tunar Altunbay