Polşa Senatı Rusiya tərəfindən ukraynalı uşaqların qaçırılmasını PİSLƏDİ
Martın 30-da Polşa Senatı yekdilliklə ukraynalı uşaqların Rusiya tərəfindən qaçırılmasını pisləyən qətnamə qəbul edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Rzeczpospolita" məlumat yayıb.
“Polşa Respublikasının Senatı müharibə zamanı ukraynalı uşaqların ruslar tərəfindən oğurlanması ilə bağlı qeyri-insani təcrübəni pisləyir”,- qətnamədə deyilir.
Qətnamənin lehinə zalda iştirak edən 90 senator səs verib.
Senat həmçinin müvafiq hüquqi səriştəyə malik beynəlxalq təşkilatları və qurumları Ukraynada hərbi cinayətlər törədənləri məsuliyyətə cəlb etməyə çağırıb.
Parlament üzvləri vurğulayıblar ki, Ukraynaya qarşı təcavüz başlayandan bəri ruslar işğal etdikləri ərazilərdə ukraynalı uşaqların Rusiyaya genişmiqyaslı qanunsuz kütləvi deportasiyasını həyata keçirir.
"Ukraynalılar işğalı zamanı uşaqlarının almanlaşdırılmasını yaşayıb, buna görə də Polşa Ukrayna ombudsmanının müraciətinə biganə qala bilməz. Rusiya hakimiyyəti oğurlanmış ukraynalı uşaqları pornoqrafik çəkilişlər üçün satır. Ona görə də, beynəlxalq ictimaiyyətə bu təcrübəni dayandırmağa və bütün oğurlanmış və deportasiya edilmiş uşaqların evə qayıtmasına kömək etməyə çağırırıq",- deyə qətnamədə bildirilir.
Xatırladaq ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Putinin ukraynalıların deportasiyasında təqsirli olduğu üçün onun həbsinə order verib.
Bundan əlavə, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib ki, Ukrayna Rusiya tərəfindən oğurlanmış 4390 uşağı rəsmən tanıyır.
Tunar Altunbay