Blinken amerikalıları Rusiyanı dərhal tərk etməyə çağırdı

 20:49 30.03.2023     455

"ABŞ administrasiyası “The Wall Street Journal” qəzetinin müxbiri, ABŞ vətəndaşı Evan Qerşkoviçin Rusiyada casusluq ittihamı ilə həbsindən çox narahatdır".

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı yazılı bəyanatda deyilir.

Sənəddə deyilir:

"Biz Amerika vətəndaşının - jurnalistin Rusiya tərəfindən geniş şəkildə ictimailəşdirilərək saxlanılmasından dərin narahatıq. Bu vəziyyətlə bağlı The Wall Street Journal ilə əlaqə saxlayırıq".

Blinken bildirib ki, Rusiyada yaşayan və ya səfər edən ABŞ vətəndaşları dərhal Rusiyanı tərk etməlidirlər.

Tunar Altunbay