Avstriyalı deputatlardan Zelenskiyə hörmətsizlik - VİDEO

 23:19 30.03.2023     355

Avstriyada ifrat sağçı Azadlıq Partiyasının deputatları Ukrayna prezidenti Vladimir Zelenskinin Milli Assambleyaya müraciətinə etiraz əlaməti olaraq zalı tərk ediblər.

Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin 400-cü günündə Avstriya Milli Assambleyasının xüsusi iclasında videokonfrans vasitəsilə çıxış edib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, çıxışa deputatların etirazı damğa vurub.

Belə ki, Zelenski danışmağa başlayanda ifrat sağçı Avstriya Azadlıq Partiyasının (FPO) deputatları ayağa qalxaraq zalı tərk ediblər. Onlar masalarının üzərinə “bitərəflik məkanı” və “sülh məkanı” sözləri yazılmış plakatlar qoyublar. Deputatlar Zelenskinin müraciətinin Avstriyanın neytral mövqeyini sarsıtdığını bildiriblər.

Zelenski isə çıxışında yanvar ayında baş verən helicopter qəzasında bədənlərində yanıqlar olan ukraynalıların Vyana, Linz və Qrazdakı xəstəxanalarda müalicə aldığını xatırladaraq Avstriyaya təşəkkür edib.

“Baş nazir cənab Nehammerin və Avstriya hökumətinin bu cür yardım təklifi mühüm dəstəyin əlaməti idi. Biz Ukraynada hər bir həyatı qiymətləndiririk və insanları xilas etməkdə bizə kömək edənlərə necə minnətdar olacağımızı bilirik”, - Zelenski deyib.

Tərəfsizliyin mənəvi deyil, hərbi və geosiyasi baxımdan mümkün ola biləcəyini vurğulayan Zelenski, “Ukraynaya humanitar dəstəyinizə görə təşəkkür edirəm”, - deyə qeyd edib.

Xatırladaq ki, FPO Zelenskinin çıxışına etiraz edəcəyini öncədən açıqlayıb. Partiya sədri Herbert Kickl dünən verdiyi açıqlamada deyib: "Təəssüf ki, FPO parlamentdə daimi bitərəfliyimizə ciddi yanaşan və buna görə də sülhü müdafiə edən yeganə partiyadır" (sfera).