Tramp həbs olunacaq?

 09:11 31.03.2023     281

Nyu-York məhkəməsi ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı ittiham aktı çıxarıb.

Redaktor.az xəbər verir ki, bu barədə CNN telekanalı və "The New York Times" qəzeti məlumat yayıb.

Eks-prezident aralarındakı əlaqəni gizlətməsi üçün pornoaktrisa Stormi Danielsə 130 min dollar ödəməkdə ittiham olunur. Məlumata görə, yaxın günlərdə ittiham aktı rəsmən açıqlanmalıdır.

Danielsə verilən pulun 2016-cı il prezident seçkiləri kampaniyasından əldə edilən vəsaitlə ödənilməsindən şübhə edilir. Nümayəndələr Palatasının spikeri Kevin Makkarti iddia edir ki, sabiq prezident bunun üçün şəxsi puldan istifadə edib.

Qeyd edilib ki, ABŞ tarixində ilk dəfə indiki və ya sabiq prezidentə qarşı rəsmi cinayət ittihamı irəli sürülür.