İsrail və ABŞ arasında vizasız səyahət etmək olacaq? - Danışıqlar gedir

 09:55 31.03.2023     264

İsrailin xarici işlər naziri Eli Kohenlə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bunu E.Kohen tviterdə yazıb.

O bildirib ki, İsrail vətəndaşlarının ABŞ-a vizasız səfəri məsələsini müzakirə ediblər.

“ABŞ ilə münasibətlər bizim xarici siyasətimizin əsas istiqamətlərindən biridir. Biz dostlarımızla dialoqu genişləndirmək üçün çalışacağıq”, - İsrailin XİN başçısı vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netenyahu bildirmişdi ki, İsrail vətəndaşlarının ABŞ-a səfəri üçün bütün qanuni tələblər yerinə yetirilib.