Qərb Rusiya və Belarus sərhədləri yaxınlığında hərbi qruplar qurur - KTMT-nin baş katibi

 12:17 31.03.2023     532

Qərb ölkələri sistematik olaraq Rusiya və Belarus sərhədləri yaxınlığında hərbi qruplar və infrastruktur qurmağa davam edir.

Redaktor.az xəbər verir ki, bunu martın 31-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov təşkilatın Katibliyi və Birləşmiş Qərargahının rəhbərliyinin genişləndirilmiş iclasında deyib.

“Qərb istiqamətində Rusiya və Belarusun müttəfiq sərhədlərinin bilavasitə yaxınlığında hərbi qruplaşmaların yaradılması və hərbi infrastrukturun inkişafı sistemli şəkildə davam etdirilir" - o, bildirib.

Qeyd edək ki, daha əvvəl Belarus Xarici İşlər Nazirliyi bildirib ki, respublikanın sərhədi yaxınlığında NATO-nun yeni qüvvələrinin yerləşdirilməsi və alyansın Şimali Avropada daha da genişlənməsi məsuliyyətsiz eskalasiyanı ifadə edir və Avropanın təhlükəsizliyini təhdid edən əsas amillərdir.

Turan İSMAYIL