"Xaricdəki ağa icazə verməyincə Ukraynadakı qırğın bitməyəcək" - Lukaşenko

ABŞ icazə verməyincə Ukraynadakı qırğın bitməyəcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə martın 31-də Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
"Ən açıq, dramatik nümunə bizim cənub sərhədimizə yaxındır, burada xaricdəki ağa (ABŞ nəzərdə tutulur - red.) icazə verənə qədər qırğın dayanmayacaq", - o, Belarus xalqına və parlamentinə müraciətində deyib.
Arzu İSMAYIL