Kremldən nüvə xəbərdarlığı: "Bu, bizim gözardı edə bilməyəcəyimiz təhlükədir”

 14:10 31.03.2023     316

Rusiya Ukraynada nüvə silahı yerləşdirmək çağırışlarının onun üçün yaratdığı hipotetik təhlükəni görməzlikdən gələ bilməz.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Bu, başqa bir çox təhlükəli tendensiyadır və bu, bizim ölkənin gözardı edə bilməyəcəyi hipotetik təhlükədir”, - Kreml sözçüsü Ukrayna Prezidenti Vladimir Zelenskinin internet saytında ABŞ-ın nüvə silahlarının ölkədə yerləşdirilməsi ilə bağlı petisiyasının dərcini şərh edərkən bildirib.

Turan İSMAYIL