Meral Akşenerin partiyasına silahlı hücum - FOTO

 15:22 31.03.2023     314

Türkiyədə İYİ Partiyanın İstanbul vilayət təşkilatının qərargahına silahlı hücum olub.

Redaktor.az "Halk TV"yə istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər partiya binasının pəncərələrini gülləboran edib.

Hadisəni törədənlər ərazidən qaçmağı bacarıb.

Hazırda polislərin İstanbulun Zeytinburnu rayonunda yerləşən qərargahı nəzarətə götürdüyü və araşdırmaların apardıldığı bildirilib.