Roma Papasından xəbər var

 15:33 31.03.2023     441

Roma Papası Fransisk sabah hospitaldan evə buraxılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, Papa bronxit olduğundan xəstəxanada müalicə olunur.

Onun aprelin 1-də hospitaldan çıxarılacağı planlaşdırılıb.

Qeyd edək ki, Romanın 266-cı Papası Fransisk - Jorge Mario Bergoglio 1936-cı il dekabrın 17-də Argentinanın Buenos-Ayres şəhərində anadan olub.