İsrail SEPAH-ın yüksək rütbəli zabitini məhv etdi

 16:29 31.03.2023     426

İsrail bu gün səhər saatlarında Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığına aviazərbələr endirib.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Suriya rəsmiləri məlumat yayıb.

Qeyd edilib ki, raketlərdən bəziləri havada vurulub, digərləri Dəməşq yaxınlığındakı əraziyə düşüb. Suriya rəsmiləri zərbələr nəticəsində itkilərin olub-olmaması barədə məlumat verməyib.

İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Tasnim" xəbər agentliyinin məlumatına görə, zərbələr nəticəsində iranlı zabit və hərbi məsləhətçi Milad Heydəri ölüb.

Qeyd edək ki, bu, İsrailin son iki gün ərzində Suriya ərazisinə endirdiyi ikinci, mart ayında isə altıncı zərbədir. İsrail mətbuatı hücumların İranın Suriyada güclənmə cəhdlərinə qarşı həyata keçirildiyini yazıb.