"Əclaflar, lazım gələrsə nüvə silahları tətbiq edəcəyik" - Lukaşenko Qərbi HƏDƏLƏDİ

 17:00 31.03.2023     377

Təhlükələrin artması ilə Belarusa strateji nüvə silahları daxil ola bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

"Bu, lazım olacaq - Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və mən qərar verəcəyik və lazım gələrsə, strateji nüvə silahları burada tətbiq edəcəyik" -  Belarus lideri martın 31-də xalqa və parlamentə müraciətində deyib.

"Onlar bunu başa düşməlidirlər, orda, xaricdə, bu gün bizi içəridən və xaricdən partlatmağa çalışan əclaflar. Biz ölkələrimizi, dövlətlərimizi və xalqlarımızı qorumaq üçün heç nədən əl çəkməyəcəyik", - Lukaşenko vurğulayıb.

Turan İSMAYIL