Rusiya Mərkəzi Bankı xaricə pul köçürməsinə qoyulan məhdudiyyətləri UZATDI

 19:41 31.03.2023     451

Rusiya Federasiyası Mərkəzi Bankı xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri daha altı ay, sentyabrın 30-dək uzadıb.

Redaktor.az "bfm.ru"ya istinadla xəbər verir ki, bu barədə tənzimləyicinin məlumatında deyilir.

Məhdudiyyətlər nəzərdə tutur ki, Rusiya Federasiyasının vətəndaşları və fiziki şəxslər - dost ölkələrin rezidentləri hələ də bir ay ərzində xarici banklardakı istənilən hesablara 1 milyon ABŞ dollarından və ya bu məbləğin ekvivalentində başqa xarici valyutada köçürə biləcəklər.

Pul köçürmə sistemləri vasitəsilə köçürmələrə də məhdudiyyətlər var - ayda 10 min ABŞ dolları ekvivalentindən çox olmayan məbləğ. Rusiyada işləyən fiziki şəxslər - qeyri-rezidentlər əmək haqqı məbləğində xaricə vəsait köçürə bilərlər. Həm dost, həm də dost olmayan ölkələrin nümayəndələrinin bu hüququ var.

Bundan əlavə, Rusiyada işləməyən qeyri-dost ölkələrdən olan fiziki şəxslər - qeyri-rezidentlər, eləcə də belə dövlətlərin hüquqi şəxsləri üçün xaricə pul köçürməsinə qadağa saxlanılıb. Bu məhdudiyyət Rusiya hüquqi və fiziki şəxslərinin nəzarətində olan xarici şirkətlərə şamil edilmir.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən