"ABŞ Avropada 150-yə qədər taktiki nüvə silahı yerləşdirib" - FOTO

 21:00 31.03.2023     320

"NATO müttəfiqi kimi Avropa ölkələri hazırda ABŞ-ın 150-yə qədər taktiki nüvə silahını qəbul edib".

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının Rusiya Federasiyasının taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi ilə bağlı keçirilən iclasında bildirib.

"Müxtəlif hesablamalara görə, Avropada NATO ölkələrinin bəzilərində nüvə sahəsində əməkdaşlıq çərçivəsində bəlkə də 150-yə yaxın ABŞ-ın taktiki nüvə bombası yerləşdirilib.",- o deyib.

Tunar Altunbay