İsveçrədə ağır qatar QƏZASI

 21:28 31.03.2023     445

İsveçrənin Bern kantonunda iki qatar relsdən çıxıb.

Redaktor.az "24 heures"ə istinadla xəbər verir ki, qəzalar nəticəsində bir neçə nəfər yaralanıb.

Məlumatda bildirilir ki, hadisələr yerli vaxtla 16:30-17:00 radələrində baş verib.

Qatarın relsdən çıxma məntəqələrində yanğınsöndürənlər və təcili yardım maşınları işləyir.

Dəmiryol şirkəti bildirib ki, ilkin məlumata görə, qatarlar güclü külək səbəbindən relsdən çıxıb.

Vumart və Güvən reklamı Vumart Güvən