Tramp bu tarixdə hakim qarşısına çıxacaq

 21:58 31.03.2023     397

Aprelin 4-də yerli vaxtla saat la 14:15 -də (Bakı vaxtilə 22:15) ABŞ-ın keçmiş prezidenti Donald Tramp maliyyə fırıldaqları iddiaları ilə bağlı Nyu-York məhkəməsində hakim qarşısına çıxacaq.

Redaktor.az xəbər verir ki, bu barədə etibarlı mənbələrə istinadən CNN məlumat yayıb.

Trampın Nyu Yorka aprelin 3-də gələcəyi gözlənilir. Məhkəməyə gələndə onu məxfi xidmətin əməkdaşları müşayiət edəcək.

Cənubi Manhettendə bütün digər məhkəmə işləri başqa günlərə dəyişdiriləcək.

Ədliyyə binasının ərazisində təhlükəsizliyin necə təmin ediləcəyi və ona bitişik küçələrin bağlanıb bağlanmayacağı hələlik dəqiq bilinmir.

Eks-prezidentin məhkəməyə gəlişi zamanı mətbuatın məhkəmə zalında olması təmin edilmir.

Tunar Altunbay