Ukraynadakı münaqişə bu tarixədək davam edəcək

 22:43 31.03.2023     381

Almaniya kansleri Olaf Şolz bir daha Ukraynadakı münaqişənin yaxın gələcəkdə bitməyəcəyi, 2027-ci ilə qədər davam edəcəyini deyib.

Redaktor.az xəbər verir ki, o, bu fikrini "Frankfurter Allgemeine Zeitung" qəzetinin təşkil etdiyi konfransda panel müzakirəsi zamanı bildirib.

Şolz hesab edir ki, Ukraynadakı hazırkı münaqişə həm iki, həm də dörd il davam edə bilər.

Bu, onun fikrincə, Almaniya üçün ciddi sınaq olacaq.

“Biz mümkün olan hər şeyi edəcəyik ki, Ukraynaya lazım olan qədər dəstəyi davam etdirək”, - deyən Almaniya hökumətinin başçısı  iki, üç, yaxud dörd il davam edəcək bu müharibənin hamı üçün çətin olacağını vurğulayıb.

Tunar Altunbay