Keçmiş sevgilisinə 815 dəfə zəng edən amerikalı SAXLANILDI

 23:06 31.03.2023     352

Amerikanın Merilend ştatının Hagerstaun şəhərinin sakini keçmiş sevgilisini kiber təqiblərə məruz qoyub və iki gün ərzində ona 815 dəfə zəng edib və nəticədə o, məhkəmə qarşısına çıxarılıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Qərbi Virciniya prokurorluğu məlumat yayıb.

44 yaşlı Derik Ueyn Bouers sosial şəbəkələrdə mesajlar, telefon zəngləri və mesajlar vasitəsilə keçmiş sevgilisini narahat edib və qorxudub.

2022-ci ilin dekabr ayında bu adam Qərbi Virciniyada yaşayan sevgilisinə 48 saat ərzində 815 dəfə zəng vurub.

Bundan əlavə, bir neçə ay ərzində qadına minlərlə təhqiredici mesaj göndərib.

Həmçinin sosial şəbəkələrdə keçmiş sevgilisini aşağılayıb.

Bouers günahkar bilinərsə, onu 5 ilə qədər həbs gözləyir.

Tunar Altunbay