Ukraynada Rusiyanın daha 630 hərbçisi MƏHV EDİLDİ

 13:47 01.04.2023     326

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 173990 (+630) nəfər canlı qüvvəsi, 3616 (+1) tank, 6981 (+4) ədəd zirehli döyüş maşını, 2683 (+8) ədəd artileriya sistemi, 527 (+1) reaktiv yaylım atəşi sistemi, 279 (+1) hava hücumundan müdafiə sistemi, 306 (+0) təyyarə, 291 (+0) helikopter, 2248 (+0) PUA, 911 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5528 (+7) avtomobil texnikası və avtosistern, 296 (+2) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL