Ukrayna Polşadan 100 ədəd zirehli maşın alacaq

 15:21 01.04.2023     299

Ukrayna Polşadan 100 ədəd “Rosomak” zirehli maşını alacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski “Twitter” hesabında yazıb.

O qeyd edib ki, zirehli maşınların təhvil verilməsi Avropa İttifaqı ölkələri və ABŞ tərəfindən maliyyələşdiriləcək.

"Rosomak"lar ən yüksək səviyyəli personal daşıyıcılarıdır. Bu satınalma Aİ və ABŞ pulu ilə ödəniləcək", - Moravetski yazıb.

Qeyd edək ki, "Rosomak" zirehli transportyorları Polşa Silahlı Qüvvələrinin flaqmanıdır. Təkərli zirehli transportyor bir çox modifikasiyada istehsal olunur.