İranlı terrorçular Pakistanın 4 hərbçisini  ÖLDÜRDÜ

 16:46 01.04.2023     416

İranla sərhəddə keşik çəkən Pakistan ordusunun hərbçiləri hücuma məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.

"İran tərəfdən fəaliyyət göstərən bir qrup terrorçu Pakistan-İran sərhədində fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin sərhəd patruluna hücum edib", - ordunun açıqlamasında deyilir.

Hücum zamanı Pakistan sərhəd qoşunlarının 4 hərbçisi həlak olub.  Qeyd edilib ki, Pakistan rəsmiləri gələcəkdə bu cür hadisələrin qarşısını almaq İranla əlaqə saxlayır (modern.az).