ABŞ-da tornado nəticəsində ölənlərin sayı artdı - VİDEO

 20:30 01.04.2023     580

ABŞ-da tornadoda ölənlərin sayı 11-ə çatıb, onlarla adam xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Xəsarət alanların sayına görə ilk yerdə Arkanzas ştatı gəlir. Burada 30 mindən çox sakin işıqsız qalıb, bir neçə yüz insan evlərini itirib. Səlahiyyətlilər xilasetmə işlərinə mane olmamaq üçün əhalini evdə qalmağa çağırır.

Qasırğalardan ən çox zərər çəkən Litl Rok şəhəri olub. Şəhər meri sosial şəbəkədə 60 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Telekanalın məlumatına görə, azı yeddi ştatda 50-dən çox tornado siqnalı qeydə alınıb.

“Arkansas Democrat Gazette” nəşrinin məlumatına görə, qurbanlardan beşinin vəziyyəti ağırdır.