ABŞ-da tornadoda ölənlərin sayı 22-yə çatdı

 10:50 02.04.2023     794

ABŞ-nin şərq ştatlarını vuran tornadolar nəticəsində azı 22 nəfər həlak olub. Rəsmilər zərərin aradan qaldırılması üçün bölgədə fövqəladə vəziyyət elan ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Tennessi ştatının Makneyri dairəsinin fövqəladə hallar idarəsinin rəhbəri Allen Striklend bildirib ki, dairədə baş verən təbii fəlakət sonucunda 7 nəfər həlak olub. Delaver ştatının Sasseks dairəsinin Fövqəladə Əməliyyatlar Mərkəzinin məlumatına görə, fırtına nəticəsində binanın uçması bir nəfərin həyatına son qoyub.

İndiana ştatın polis serjantı Mett Eyms bildirib ki, ştatda fırtınada üç nəfər həlak olub. Alabama ştatının Madison dairəsində bir nəfər ölüb, beş nəfər yaralanıb. Missisipi Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, Pontotok dairəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.