Suriyada daha bir SEPAH-lı öldürüldü

 10:05 02.04.2023     263

Suriyada SEPAH-ın daha bir hərbi məsləhətçisi öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə IRIB agentliyi məlumat yayıb.

 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı hərbi məsləhətçisi Müqdəd Mehqani öldürülüb.

Bildirilib ki, Müqdəd Mehqani səhər saatlarında İsrailin Dəməşqə raket zərbələri nəticəsində öldürülüb (APA).