Korrupsiyada şübhəli bilinən 42 məmur saxlanıldı

 19:32 02.04.2023     398

Venesuela hüquq-mühafizə orqanları antikorrupsiya araşdırması çərçivəsində 42 məmuru saxlayıb.

Redaktor.az xəbər verir ki, ölkənin Baş Prokurorluğu bir müddət əvvəl bəzi dövlət qulluqçularının saxlanmasından sonra korrupsiyaya qarşı mübarizəyə başlanıldığını elan edib.

“La Nacion” qəzetinin məlumatına görə, korrupsiya ilə məşğul olan şəxslərin saxlanılması əməliyyatı martın 17-də başlayıb. Eyni zamanda, Venesuela Prezidenti Nikolas Maduro ölkənin neft naziri Tarek əl-Aisaminin istefasını qəbul edib və dövlət neft-qaz şirkətindən korrupsiyanı təmizləyəcəyinə vəd verib.

Baş Prokurorluğun məlumatına görə, araşdırılan cinayətlər hakimiyyətin müxtəlif qollarına və səviyyələrinə aiddir, ölkənin inkişafı və ədalət mühakiməsi üçün strateji sahələr cəlb olunub (report).