Belarusdakı nüvə silahları Polşa ilə sərhədə yaxın yerləşdiriləcək

 22:56 02.04.2023     323

“Belarusdakı nüvə silahları Polşa ilə sərhəd yaxınlığında yerləşdiriləcək”.

Redaktor.az “Belta”ya istinadən xəbər verir ki, bunu Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov deyib.

Onun sözlərinə görə, iyulun 1-dək Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi üçün anbar hazırlanacaq.

“O, bizim Birlik Dövlətimizin qərb sərhədlərinə köçürüləcək və təhlükəsizliyimizi təmin etmək imkanlarını artıracaq. Bu, Avropa və ABŞ-dakı səs-küyə baxmayaraq həyata keçiriləcək”.