Bayden bu silahların satışını qadağan edəcək - FOTO

 23:12 02.04.2023     367

ABŞ prezidenti Co Baydenin administrasiyası ölkə vətəndaşlarına hücum silahlarının satışını qadağan etmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter” səhifəsində yazıb.

Bayden xatırladıb ki, o, silahların qeyri-qanuni dövriyyəsinin qarşısını almaq və onları satanları məsuliyyətə cəlb etmək üçün addımlar atıb.

“Bu irəliləyişi davam etdirməyin vaxtıdır. Hücum silahlarını qadağan etməyin vaxtıdır”, - Bayden yazıb.

Xatırladaq ki, ABŞ prezidenti şəxsi odlu silahdan istifadə ilə zorakılığın azaldılması üzrə tədbirlərin sürətləndirilməsi barədə göstəriş verib.

I've taken action to rein in ghost guns and hold gun traffickers accountable. I signed the first major gun safety law in three decades – helping keep guns out of dangerous hands.

It’s time to keep that progress going.
It’s time to ban assault weapons.

— President Biden (@POTUS) April 2, 2023