Ukraynada azərbaycanlı hərbçi həlak oldu

 23:27 02.04.2023     324

Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi döyüşlərdə həlak olub.

Rdaktor.az xəbər verir ki, 35 yaşlı zabit Novruzov Elvin İlqar oğlunun meyiti cəbhədə itkin düşəndən bir müddət sonra tapılıb.

Əslən Azərbaycanın Biləsuvar rayonundan olan Elvin Novruzov Ukrayna vətəndaşıdır.

O, Ukraynanın İvano Frankovsk vilayətinin Kaluş rayonunda yaşayıb. Ailəlidir, 1 övladı var.