İsrail hərbçiləri naməlum uçan aparatı vurdu
İsrail Hərbi Hava Qüvvələri Suriyadan ölkənin hava məkanına daxil olan naməlum uçan aparatı vurub.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Naməlum uçan aparat açıq ərazidə vurulub və heç bir mərhələdə təhlükə yaratmayıb”, - məlumatda deyilir.