Ərdoğan ABŞ səfiri ilə görüşdən imtina etdi

 09:30 03.04.2023     299

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaradakı səfiri Ceff Fleykə qapılarının bağlı olduğunu deyib.

Redaktor.az "Star" qəzetinə istinadən xəbər verir ki, bu addım amerikalı diplomatın ana müxalifət Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə görüşündən sonra atılıb.

"Baydenin səfiri nə edir? O, gedib bay Kamala baş çəkir. Ayıb olsun, başınızla düşünün. Siz səfirsiniz. Buradakı həmsöhbətiniz prezidentdir. Bay Kamaldan sonra prezident? Qapılarımız bundan onun üzünə bağlıdır. Niyə? Qoy yerini bilsin" - qəzet Ərdoğanın sözlərindən sitat gətirib .

Tunar Altunbay