Rusiyada partlayışda xəsarət alanların sayı ARTDI

 10:08 03.04.2023     294

Sankt-Peterburqda kafedə baş verən partlayış nəticəsində xəsarət alanların sayı 32 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti jurnalistlərə bildirib.

“Əməliyyat məlumatlarına görə, Sankt-Peterburqda kafedə baş verən insident nəticəsində 32 nəfər xəsarət alıb, bir nəfər ölüb”, - məlumatda deyilir.

Məlumata görə, 10 qurbanın vəziyyəti ağır, 16 nəfərin, o cümlədən 14 yaşlı qızın vəziyyəti isə orta ağırdır qiymətləndirilir.

Zərərçəkmiş beş nəfərin vəziyyəti qənaətbəxşdir, onların müalicəsi stasionar şəraitdə davam etdirilir.

Digər zərərçəkmiş xəstəxanaya yerləşdirməkdən imtina edib, o, ambulator müalicə alıb.

Xatırladaq ki, aprelin 2-də axşam Sankt-Peterburqun mərkəzində Universitetskaya sahilində yerləşən "Street Food" barında partlayış baş verib.

Yaradıcılıq gecəsini kafedə keçirən hərbi zabit Vladlen Tatarski qurban olub.

Tunar Altunbay