Zelenski Polşaya səfər edəcək

 10:33 03.04.2023     288

Ukrayna prezidenti Volodimir Zelenski aprelin 5-də Polşaya rəsmi səfər edəcək

Redaktor.az xəbər verir ki, bu barədə Polşa prezidentinin beynəlxalq məsələlər üzrə məsul nümayəndəsi Marçin Pşidaç "RMF" radiostansiyasına  məlumat verib.

"Üç gün sonra, aprelin 5-də biz Ukrayna prezidentinin Polşaya rəsmi səfərini gözləyirik",- o deyib.

Pşidaçın sözlərinə görə, bu, Polşa prezidenti Anjey Dudanın dəvəti ilə rəsmi səfər olacaq.

Tunar ALTUNBAY