Tokayev Qazaxıstanın yeni xarici işlər nazirini təyin etdi - FOTO

 10:47 03.04.2023     326

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev  Murat Nurtley baş nazirin müavini - xarici işlər naziri təyin edilməsi barədə sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə bazar ertəsi dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Nurtley Murat Abuqaliyeviç Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilərək Qazaxıstan Respublikasının Baş nazirinin müavini – Xarici İşlər Naziri təyin edilsin”,- sənəddə deyilir.

47 yaşlı Nurtley 2022-ci ilin yanvarından Qazaxıstan prezident administrasiyasına rəhbərlik edir.

Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini, respublika Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifələrində çalışıb.

Tunar Altunbay