Makron Çinə gedir
ÇXR-in Xarici işlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makron 5-7 aprel tarixlərində Çinə dövlət səfəri edəcəyini təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bunu XİN-in rəsmi nümayəndəsi Hua Çunin deyib. “Fransa Prezidenti Emmanuel Makron ÇXR sədri Si Cinpinin dəvəti ilə Çinə gələcək”, - deyə o bildirib. Qərb mediasının məlumatına görə, Emmanuel Makron Çin Sədri Si Cinpin ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək və Pekini Rusiyaya hərbi dəstək göstərməkdən çəkindirməyə çalışacaq.
Fransanın dövlət başçısı, həmçinin koronavirus pandemiyası səbəbindən şəxsi təmasların kəsilməsindən sonra münasibətlərin bərpasına can atır. Emmanuel Makron sonuncu dəfə Si Cinpinlə İndoneziyada keçirilən “İyirmilər qrupu” sammiti zamanı görüşüb, Pekinə isə 2018-ci ilin yanvarında səfər edib.
Politico nəşrinin məlumatına görə, Ağ ev administrasiyası Fransa Prezidentinin Çinı qarşıdakı dövlət səfərinin uğuruna şübhə ilə yanaşır.