9 May paradı ilə bağlı gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür

 14:22 03.04.2023     390

Rusiyada 9 May Qələbə Günü paradının təşkili və keçirilməsi zamanı güclü təhlükəsizlik tədbirləri görüləcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi jurnalistlərə deyib.

“Əlbəttə ki, təhlükəsizliyin təmin edilməsi üçün gücləndirilmiş tədbirlər görülür və bundan sonra da görüləcək”, - Kreml sözçüsü bildirib.

Eyni zamanda o, “parad planlarında heç bir dəyişiklik olmadığını” vurğulayıb.

Qeyd edək ki, aprelin 3-də səhər saatlarında Kremlin mətbuat xidməti Qələbə Günü şərəfinə tədbirləri işıqlandırmaq üçün jurnalistlərin akkreditasiyasına başlandığını elan edib. Məlumatda bildirilir ki, mayın 9-da Qırmızı Meydanda Qələbə Paradı, mayın 7-də isə geyim məşqi keçiriləcək.

2023-cü ildə İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü tamam olur.

Turan İSMAYIL