Yaponiya COVID-19 ilə əlaqədar bütün məhdudiyyətləri ləğv edəcək

 15:49 03.04.2023     571

Mayın 8-dən Yaponiya COVID-19 ilə əlaqədar bütün mövcud məhdudiyyətləri aradan qaldıracaq.

Redaktor.az “Dimsum Daily”yə istinadən xəbər verir ki, bu barədə sözügedən ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb

İndiyədək ölkəyə daxil olmaq üçün ÜST tərəfindən təsdiqlənmiş COVID-19 peyvənd sertifikatı tələb edilirdi. Əgər belə bir sənəd yoxdursa, Yaponiyaya səfər etmək üçün koronavirus üçün mənfi test sertifikatı təqdim olunmalı idi.

Qalan məhdudiyyətləri, o cümlədən karantini Yaponiya hökuməti keçən il ləğv edib.

Aprelin 5-dən Yaponiya Çindən gələn turistlərin girişinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır

Bundan əlavə, mayın 8-də ölkədə “yoluxucu xəstəliklərin genomik müşahidəsi” adı altında yeni tətbiqə başlanılacaq.

Xatırladaq ki, Yaponiyanın Baş naziri Fumio Kişida yanvarın 20-də ölkənin Səhiyyə Nazirliyinə COVID-19-a mövsümi xəstəlik statusu verilməsi və qripə bərabər tutulması barədə göstəriş verib.

Arzu İSMAYIL