Ruslar Ukraynada xəstəxananı atəşə tutdu
Rusiya hərbçiləri aprelin 3-ü günorta saatlarında Xersondakı tibb müəssisəsini atəşə tutub.
Redaktor.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Xerson hərbi administrasiyasına istinadla məlumat yayıb.
Rusiya atəşi nəticəsində xəstəxananın ətrafındakı hasar zədələnib, 20-dən çox pəncərə şüşəsiz qalıb.
"Hazırda müəssisədə iki yüzdən çox xəstə müalicə olunur və 100 mütəxəssis işləyir. Xoşbəxtlikdən insanların olduğu binaya birbaşa zərbə olmayıb, ona görə də xəsarət alan yoxdur", - deyə bildiriblər.
Xatırladaq ki, aprelin 1-də ruslar Xerson vilayətini 60 dəfə atəşə tutub, nəticədə bir nəfər həlak olub.
Turan İSMAYIL