Ukrayna Rusiya əsirliyindən 10 hərbçi və iki mülki vətəndaşı geri qaytardı

 18:26 03.04.2023     349

Aprelin 3-də Ukrayna daha 12 vətəndaşını Rusiya əsirliyindən geri qaytarıb. Onlardan 10-u hərbçi, 2-si mülki şəxsdir.

Redaktor.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Hərbi Əsirlərlə Müalicə üzrə Koordinasiya Qərargahının bəyanatına istinadla məlumat yayıb.

Bildirilib ki, geri qaytarılanlardan 10-u əsgər və çavuşlardır. "Onlar xüsusilə Baxmut, Donetsk vilayətinin Poprosnoy və Orexovo-Vasilovka kəndləri, Luqansk vilayətinin Kremennaya və Krasnopopovka yaxınlığındakı döyüşlərdə əsir götürülüb", - məlumatda deyilir.

Qeyd olunur ki, təcavüzkarın girov kimi saxladığı Xarkov vilayətinin Liptsy kəndindən və Mariupoldan olan iki mülki şəxs də geri qaytarılıb.

Məlumata görə, genişmiqyaslı işğalın başlanğıcından bəri 2005 ukraynalı artıq əsirlikdən azad edilib.

Turan İSMAYIL