İlk TOGG Ərdoğana verildi

 18:55 03.04.2023     385

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı bu gün yerli istehsal olan "Togg T10X" elektromobilin ilk sahibləri olublar.

Redaktor.az xəbər verir ki, Ankarada Prezident Sarayında avtomobilin açarlarının təntənəli təqdimat mərasimi olub.

""Togg" satışa çıxdığı ilk gündə sifarişlərin sayına görə rekord vurdu. Ümid edirik ki, tezliklə bu avtomobillərini ölkəmizin yollarında görəcəyik", - Ərdoğan mərasimdə çıxışı zamanı deyib.

Prezident özü üçün tünd yaşıl, həyat yoldaşı qırmızı rəngli sifariş edib.

Qedye dək ki, "Togg T10X" avtomobilləri martın 14-də satışa çıxarılıb . Doldurulmadan 314 km məsafə qət edən standart versiya 923 min türk lirəsinə (48,5 min dollar), 523 km məsafəyə malik versiya isə 1,215 milyon türk lirəsinə (63,9 min dollar) başa gəlir.

Onların fabriki ölkənin qərbindəki Bursa vilayətində (Gemlik bölgəsi) yaradılıb. İstehsalçıların fikrincə, elektromobilin doldurulmasına 30 dəqiqə kifayət edir.

“Togg” şirkətinin baş direktoru Gürcan Karakaş jurnalistlərə bildirib ki, ildə 100 minə yaxın elektromobil istehsal etmək planlaşdırılır və istehsal gücü bu rəqəmi 175 min ədədə çatdıra bilər. Onların yaxın 1,5 il ərzində eksklüziv olaraq daxili bazarda satılması, daha sonra Almaniya, Fransa və digər Avropa ölkələrinə ixracın qurulması planlaşdırılır.

Tunar Altunbay