İranda yaşayış binası PARTLADI - VİDEO

 19:50 03.04.2023     388

İranda yaşayış binasında partlayış olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı görüntülər yayıb.

Bildirilir ki, Zahedan şəhərinin Əmir əl-Möminin küçəsində yerləşən yaşayış binası partlayış nəticəsində uçub.

Məlumata görə, qaz sızması nəticəsində yaranan partlayışın dalğası təxminən 500 metr məsafədə yaşayış binalarını silkələyib.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Tunar Altunbay