Rusiyadan Beynəlxalq Cinayət Məhkəməsinə qadağa

 20:20 03.04.2023     350

Rusiyada Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyəti qadağan edilə bilər.

Redaktor.az "RT"yə istindla bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

“Dövlət Dumasının profil komitələri Rusiya Federasiyasında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) fəaliyyətini qadağan edən düzəlişlər hazırlayır. Həmçinin düzəlişlər ölkədə Rusiyaya qarşı yönəlmiş digər beynəlxalq qurumların fəaliyyətinə qadağa qoyulmasını da nəzərdə tutur”, - deyə o bildirib.

Xatırladaq ki, martın 17-də BCM-nin İstintaq Palatası Rusiya Prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsi üçün order verib.