İran universitetləri hicabsız qadınlara təhsil verməkdən imtina etdi
“İran universitetləri hicab taxmaq qaydalarına əməl etməyən qadınlara təhsil verməkdən imtina edəcək”.
Redaktor.az lenta.ru-ya istinadla bildirir ki, bu barədə İran Təhsil və Tərbiyə Nazirliyi məlumat yayıb.
“Tələbəlik öhdəliklərinə biganə qalmayan, eləcə də iffət prinsiplərinə və hicab geyinmə qaydalarına əməl edən əziz tələbələrə təşəkkür edirik”, - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, nazirliyin tabeliyində olan bütün ali təhsil qurumları İslam geyim qaydalarına əməl etməyən tələbə qızlara təhsil xidmətləri göstərmək və sosial təminat vermək öhdəliyindən azad ediliblər.