Ukrayna Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşdü

 22:35 03.04.2023     648

Ukrayna Prezidenti Volodimir Zelenski Çerniqov vilayətinə işgüzar səfəri çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç ilə görüşüb.

Redaktor.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti dəftərxanasının mətbuat xidməti məlumat yayıb.

Zelenski və Peyçinoviç-Buriç Çerniqov yaxınlığındakı Yaqodnoe kəndinə baş çəkiblər və dağıntıları izləyiblər.