Ana üç uşağını 9-cu mərtəbədən ATDI - VİDEO

 09:35 04.04.2023     1445

Özbəkistanın paytaxtı Daşkənddə 27 yaşlı qadın əvvəlcə 3 azyaşlı uşağını daha sonra isə özünü 9 mərtəbəli binanın pəncərəsindən atıb. 

Redaktor.az xəbər verir ki, hadisə aprelin 3-ü axşam saatlarında baş verib.

Məlumata görə, qadın yaşadığı binanın 9-cu mərtəbəsində 3 uşağını pəncərənin qarşısına gətirərək bir-bir yerə atıb.

Hadisə nəticəsində ana, 4 və 5 yaşlı iki oğlu, eləcə də bir yaşlı qızı dünyasını dəyişib.

Özbəkistanın Baş Prokurorluğu məlumatı təsdiqləyib. Hadisənin səbəbləri araşdırılır.

Hadisə yerindən çəkilmiş videogörüntülər sosial şəbəkələrdə yayılıb (konkret.az).

 

Vumart və Güvən reklamı Vumart Güvən