Rusiya nüvə raketlərindən istifadə edə bilən "İsgəndər"i Belarusa təhvil verdi

 13:58 04.04.2023     403

Belarus Silahlı Qüvvələri adi və nüvə raketlərindən istifadə edə bilən “İsgəndər-M” operativ-taktiki raket sistemini alıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə aprelin 4-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

"Bundan başqa, Belarus Silahlı Qüvvələrinə "İsgəndər-M" operativ-taktiki raket sistemi təhvil verilib. O, həm adi, həm də nüvə raketlərindən istifadə edə bilir", - o, hərbi idarədə keçirilən konfransda deyib.

Onun sözlərinə görə, aprelin 3-dən Rusiya poliqonlarından birində Belarus ekipajlarının İttifaq dövlətini qorumaq üçün operativ-taktiki raket sistemindən istifadə qaydası ilə bağlı təlimlərə başlanılıb.

Bundan əlavə, Rusiya Federasiyasının müdafiə naziri bildirib ki, Belarus hücum təyyarəsinin bir hissəsi düşmən hədəflərinə nüvə silahı ilə zərbə endirmək imkanı əldə edib.

Turan İSMAYIL