Finlandiya NATO-nun üzvü oldu

 15:02 04.04.2023     319

Finlandiya rəsmi olaraq NATO-ya üzv oldu.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravietski sosial şəbəkə hesabında yazıb.

"Güclü tərəfdaşlar Polşa, regionumuz və bütün dünya üçün təhlükəsizliyin təminatıdır", - Baş nazir vurğulayıb.

Qeyd edilib ki, bir qədər sonra Alyansın rəsmi açıqlaması planlaşdırılır.

Xatırladaq ki, bununla da NATO üzvlərinin sayı 31-ə çatdı.

Turan İSMAYIL