Polşa Rusiyaya 100 zirehli transportyor verəcək

 15:11 04.04.2023     380

Ukrayna müxtəlif versiyalarda və müxtəlif silahlara malik 100 Polşa "Rosomak" zirehli transportyoru alacaq.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Polsat telekanalının efirində bu zirehli transportyorları istehsal edən Polşa Müdafiə Sənayesi Qrupunun rəhbəri Sebastyan Xvalek bildirib.

"Təbii ki, döyüş versiyaları hazırlayırıq. Belələrinə ehtiyacımız var", - deyən o, təfərrüatlı məlumat verə bilməyəcəyini vurğulayıb. “Əlbəttə, maşınlar müxtəlif konfiqurasiyada və müxtəlif silahlarla olacaq”, - Xvalek bildirib.

Onun sözlərinə görə, istehsalçı "Ukraynalı tərəfdaşa tez bir zamanda yeni məhsullar təqdim etməyə hazırdır". "Bu, Polşa müdafiə kompleksinin potensialı baxımından Ukrayna ilə ikinci ən böyük hərbi ixrac müqaviləsi olacaq", - o əlavə edib.

Xvalek qeyd edib ki, çatdırılma şərtləri müqavilədən asılı olacaq.

Turan İSMAYIL