"Bu, artıq dövlətin sonudur" - Ermənistanın eks-prezidenti
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan parlamentin spikeri Alen Simonyanla bağlı insidenti iyrənc adlandırıb və onu istefaya çağırıb.
Redaktor.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə yazıb.
Bundan əvvəl müxalifət deputatları Hayk Mamicanyan və Aspram Krpeyan Ermənistan parlamentinin spikeri Alen Simonyanla bağlı insident barədə danışıblar. Onların sözlərinə görə, erməni əsilli Kanada vətəndaşı Karen Mkrtçyan Simonyanı İrəvanın mərkəzindəki Kaskadda görüb və ictimaiyyət qarşısında onu satqın adlandırıb. Buna cavab olaraq spikerin mühafizəçisi Mkrtçyanın qollarını buruyub, Simonyan özü isə müxalifət deputatlarının dediyinə görə, gəlib onun üzünə tüpürüb. Spiker hadisəni inkar etməsə də, təhqirə necə reaksiya verdiyini açıqlamayıb.
Sabiq prezident hesab edir ki, spikerin davranışı dövlətin reputasiyasına böyük zərbə vurub və bu, yalnız onun istefası bahasına hesablana bilər.
Bu, beynəlxalq ictimaiyyət qarşısında xalqımızın şərəfini bərpa etməyin yeganə yoludur”, - deyə Ter-Petrosyan yazıb.
Onun sözlərinə görə, Milli Məclis və “Mülki müqavilə” fraksiyası öz səlahiyyətlərini qorumaq üçün bu addımı atmağa borcludur.
Bununla yanaşı, Ter-Petrosyan izah edib ki, özlüyündə tüpürmək feli (tibbi sferadan başqa) vulqarizmdir və danışıq nitqində istifadə olunur. O, nəinki dövlət xadiminin leksikonunda kök salmaqla yanaşı, konkret hərəkətə çevrilirsə, bu, artıq “dövlətin sonu”dur.
“Satqın” sözünə gəlincə, sabiq dövlət başçısı bunu sui-istifadə kimi təsnif etməyə meylli deyil. Onun fikrincə, bu, “şəxsi təhqir deyil, sırf siyasi qiymətdir” və buna vulqar çıxış və ya tüpürcəklə deyil, “düzgün və əsaslı” cavab verilməlidir.
Turan İSMAYIL