NATO baş katibindən Ukrayna açıqlaması

 17:45 04.04.2023     375

NATO-nun Ukraynaya uzunmüddətli dəstək proqramı onun alyansın qüvvələri ilə uyğunluğunu artırmalı və bu ölkəni NATO-ya yaxınlaşdırmalıdır.

Redaktor.az xəbər verir ki, bunu çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq NATO xarici işlər nazirlərinin iclasına gələrkən deyib.

"Biz həm təcili ehtiyaclar üçün Ukraynaya NATO dəstəyini necə saxlamağı və necə artırmağı müzakirə edəcəyik, həm də nazirlərdən Ukraynaya çoxtərəfli dəstək proqramını hazırlamağa başlamalarını gözləyirəm ki, bu da onun alyans qüvvələri ilə uyğunluğunu artırmalı, Sovet İttifaqının standartları və doktrinalarından çıxmağa, NATO standartlarına uyğunlaşdırmaq və onları Avro-Atlantik ailəyə yaxınlaşdırmağa kömək etməlidir”, - Stoltenberq bildirib.

Turan İSMAYIL